Qrant müsabiqəsi üzrə keçirilən layihəyə yekun vurulub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi Gəncə şəhər 41 saylı tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimovun “İbtidai siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün müasir təhsil sistemi ilə bağlı seminarların təşkili” lahiyəsinə yekun vurulub.

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinə respublika üzrə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər qatılıblar. On mövzu üzrə keçirilən müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə 213 layihə təklifi daxil olub.

Müsabiqənin Təşkilat Komitəsi Ekspert Qrupu tərəfindən ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Həmin layihələrin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Vətənim Media Shorts

YouTube-da aç ↗