Rumınya dünyada falçı və cadugərlərin çox olduğu ölkə kimi tanınır.
Slovakiyadan olan fotoqraf Lusia Sekekrova bu ölkədə olarkən falçı və cadugərlərin həyat tərzindən bəhs edən material hazırlayıb.
O, “Falçıların kraliçası” adlandırılan və xalqın “baş cadugər” adlandırdığı Mariya Kampinanın evində olub.
Milyonluq ev falçının bu sahədən əldə etdiyi gəlirlə ən son dəblə bəzədilib. Ölkədə falçılıq qanunla qadağan edilməyib və onunla ancaq qadınlar məşğul olur. Cadugərlər burada müştərilərin təkcə falına baxıb caduları pozmur, prosesin bu hissəsinə qədər həm də müştərinin səbrini yoxlayırlar. Ardınca ikinci mərhələ olan qorxutmaq gəlir. Beləliklə müştərinin əsl istəyinin nə olduğu öyrənilir.
Falçılar həmçinin şəfalı otlardan hazırladıqları məhulları da müştərilərə olduqca baha qiymətə satırlar.
Qaraçılarda isə fala baxma qabiliyyəti ailədən keçri. 18 yaşına çatanda ailələrin yaşlı qadınları estafeti onlara verir. Qiymətlər isə 20-50 avro arasında dəyişir.








