Gəl falına baxım – doğulduğunuz aya əsasən qiymətli daşınız və xarakter analizi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Lap qədim zamanlardan qiymətli daşlardan yalnız  bəzək  əşyası kimi deyil, həm də qoruyucu, talisman kimi istifafdə olunurdu və bu hər bürcün insanına fərdi qaydada seçilirdi. Daşların enerji yayması haqqında yəqin eşitmisiniz. Düzgün seçilmiş daş həyatda  köməyiniz ola bilər. Bəs talismanınızın  sizin xarakterinizdən xəbər  verdiyini bilirdinizmi? Bizimyol.biz maraqlı məlumatları diqqətinizə çatdırır.

Yanvar ayı- Qranat

Yanvar ayında doğulanlar əla valideyn olurlar.Onlar canlılara mərhəmət duyğusu bəsləyirlər, analitik düşüncə qabiliyyətinə malikdirlər, super vallideyn kateqoriyasına daxildirlər. Bir  toxunuşla istənilən xaosu aradan qaldıra bilərlər. Güclü  xarakterləri ilə hər kəsin göz yaşını silir, yaralarını sara bilirlər.Bir sözlə hətta bir qrup insana belə vlideynlik edə bilərlər.

 

Fevral – Ametist

Bu ayda doğulanlar dini düşüncələrə , dərin mənəviyyata bağlı olurlar. Bu ayda doğulanlar bütün dünyaya sülh məramı ilə yaşayan təmiz düşüncəli insanlardırlar. Bəzən onları qəribə adam adlandırırlar, lakin bu onlara mane olmur. Əsas amalları  budur -“hamıya hər yerdə hər şey yaxşı olsun”.

 

Mart-Akvamarin

Bu daş okeanla assosasiya olunur. Martda doğulanlar və akvamarin okean gücünə malikdirlər. Okean kimi ətrafda nə varsa təmizləyə bilirlər. Problemin kökünə çatmağı və həll etməyi bacarırlar. Kommunikasiya bacarıqları yüksək səviyyədədir. Yüksək həssaslığa və intuisiyaya malikdirlər.

Aprel- Brilliant

Brilliant sonsuz məhəbbətin simvoludur. Çünki əsl  sevgi də brilliant kimidir- sındırmaq olmur. Apreldə doğulanlar güclü aşiq olmaq qabiliyyəti ilə doğulurlar. İnadkardırlar. Nəyisə istəyəndə buna mütləq nail olurlar. Kimsə onları  ruhən sındırmaq istəyəndə demək olar ki, məğlubedilməz olurlar.

 

May – zümrüd

Zümrüd talismanı altında doğulanlar   cəsur və sərt məntiq sahibidirlər. Müdrükdürlər, yeni bilgilər öyrənmək asan başa  gəlir, xeyirxahdırlar. Harmonik şəxsiyyət, yaxşı dost, yaxşı ömür yoldaşı və valideyn ola bilərlər.

İyun – mirvari

Mirvaritalismanı ilə doğulanlar adir məxluqlar sayıla bilərlər. Mirvari məsumiyyətin, maqik qabiliyyətlərin sahibidirlər.  İyunda doğulan insanlar məsum və ətraf mühitdəkilərlə harmonik həyat sürən insanlardırlar. Bəzən insanlarla dil tapa bilməsələr də heyvanlarla yaxşı yola gedirlər.

İyul- yaqut

Yaqut talismanı ilə doğulanlar parlaq, effektiv və dramatik şəxsiyyət tipidirlər. Özlərinə əmindirlər. Onlara məxsus olanı heç bir  vəchlə əldən vermirlər. İnadkardırlar, öz  fikirlərində israrçıdırlar.

 

Avqust- peridot

Avqustda doğulanların yüksək ünsiyyət qabiliyyəti var. İstənilən şəraitdə hətta mağazada , kassada belə inanlarla rahat söhbət edə, dostlaşa bilirlər. Xeyirxahdırlar. Onlar  övladlığa uşaq götürür, heyvan bəsləməyi sevirlər. Böyük ailə sahibi olurlar.

Sentyabr- safir

Sakit təbiətlidirlər, ağıllıdırlar, xeyirxahdırlar,  hər yaxın insana  ürəklərini açmazlar. əsasən  rəhbər postlarda olurlar. İnsanları inandıra  bilirlər, onlara  çox güvənirlər.

Oktyabr – opal

Dünyaya idealist baxışları var, Darıxdırıcı həyat yaşamırlar. Sakitlik onlarda həyata marağı itirir. Macəra axtarışındaıdrlar. İntuisiyaları yüksəkdir, diqqət çəkməyi  sevirlər.

 

Noyabr – sitrin

Ünsiyyət qurmaq  üçün xoş insanlardırlar. Onlarla zaman keçirmək  gözəldir. Maliyyə məslələrində çox uğurlar qazana bilirlər.Həmişə xoş əhval-ruhiyyədədirlər, ətrafa  yüksək eneri saçırlar.

Dekabr- Mavi topaz

Dekabrda doğulanlar konservantlıqları ilə seçilirlər. Gərəkən zaman çox dəyərli məsləhətlər verir və faydalı olurlar.   /bizimyol.biz/

Vətənim Media Shorts

YouTube-da aç ↗