“Putin istənilən an hücuma keçə bilər” – Turçinov

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəni istənilən an başlaya bilər.

Bunu Ukrayna-NATO Komissiyasının iclasında çıxışı zamanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov söyləyib.

“Rusiya sərhədimiz boyunca güclü hərbi infrastruktur yaradır. O, istənilən an bizə qarşı genişmiqyaslı müharibəyə başlaya bilər. Putinin müharibə qərarı Ukraynanın fəaliyyətindən deyil, Rusiyadakı daxili siyasi vəziyyətin inkişafından asılıdır. Rusiya Krımı güclü hərbi bazaya çevirir”, – deyə o bildirib.   /Axar.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗