Almanlardan İsrailə AĞIR ZƏRBƏ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Almaniya Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəmir.
Bu fakt “Civery” adlı ictimai araşdırma mərkəzinin apardığı sorğu nəticəsində ortaya çıxıb.
Virtual sorğuda iştirak edənlərin 64%-i ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı aldığı qərarı Almaniya hökumətinin qəbul etməsini istəmir.
Sorğu anketinə qatılanların sadəcə 27%-i D.Trampın qərarının qeyd-şərtsiz qəbul edilməsini bildirib. Nəticələrdə yaş qruplarına görə nəzərəçarpan fərqliliklər olmayıb. Xüsusilə, yaşı 65-dən yuxarı olan vətəndaşların 70%-i Trampın qərarına qarşı olduğunu bildirib.   /Publika.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗