Aİ Azərbaycanın ərazi bütövlüyünü tanıdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Erməniləri çaş-baş qoyan qətnamə.

Bir neçə gün öncə Azərbaycan üçün də olduqca önəmli olan qətnamə qəbul edildi. Avropa Parlamenti “Avropa İttifaqının xarici siyasət və təhlükəsizliklə bağlı qətnaməni” qəbul edib. Sənəd Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqləyir.

Bu sənəd Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı münaqişələrə Avropa İttifaqının münasibətinə dair prinsipial əhəmiyyətə malikdir.

Avropa diplomatiyasının başçısı Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini də qəraraın müsbət əhəmiyyəti oldusğunu açıqlayıb.

Yeni sənəd Aİ-də heç kimin tanımadığı separatçı Qarabağ rejimini arxasınca aparmaq istəyən rəsmi İrəvan üçün güclü zərbə oldu. Erməni rəhbərlər çaş-baş qalıblar. Bu gün yaranmış vəziyyətdən necə çıxacaqlarını düşünürlər. İndi bütün ümidlər yenidən Moskvayadır.

Ekspertlər şübhə etmirlər ki, yaxın vaxtlarda eməni siytasətçilər xüsusi bir enerji ilə Kremli inandırmağa çalışacaqlar ki, Ermənistan ənənəvi dost ölkədir və o Rusiya ilə uzun illəri əhatə edəcək əməkdaşlıq münasibətləri qurmağa çalışır. Amma bu gün Moskvada da öz strateji tərəfdaşlarını yaxşı tanıyırlar. Bu barədə bütün rus kanalları belə danışıb. Onlardan biridə çox uğurlu müqayisə aparıb – “Ermənistan xəyənət edən arvad kimidir”.

 /istipress.com/

Vətənim Media Shorts

YouTube-da aç ↗