İtkin düşən alpinistlərin axtarışı ilə bağlı son məlumat : “”Mi-17″ helikopteri və xüsusi dəstələr cəlb olunub…”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Fövqəladə Hallar Nazirliyi Qubada itkin düşən alpinistlərin axtarışı ilə bağlı məlumatı yayıb.

23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir: “Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17″ markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub”.   /Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗