ABŞ prezidenti Donald Tramp Meksikanı dünyanın ən təhlükəli ölkəsi sayır.
Amerikalı lider bu barədə öz Twitter səhifəsində yazıb.
Tramp iki ölkə sərhədində divarın tikilməsinin zəruri olduğunu xatırladıb:
“Bizə bu divar Meksikadan ABŞ-a narkotik vasitələrin keçirilməsinin qarşısına almaq üçün lazımdır”, – dövlət başçısı qeyd edib.
Meksika ilə sərhəddə divarın ucaldılması Trampın seçkiqabağı əsas vədlərindən biridir. /Oxu.Az/
