Gəmidə olanların adları açıqlandı.
Yapon dənizində itən gəminin heyət üzvlərindən bəzilərinin adları bəlli olub. Hələlik 21 nəfərin adlarının siyahısı tam açıqlanmayıb. Ancaq burada Əlizadə R və Hüseynov M soyadlı şəxslərin olduğu qeyd edilib. Hər iki şəxs gəmidə matros kimi çalışıb.
Saat 09:40
Rusiyada içərisində azərbaycanlının da olduğu gəmi itib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, “Vostok” adlı balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində həyəcan siqnalı verib. Bundan qısa müddət sonra onunla əlaqə itib. Gəminin göyərtəsində 21 nəfər olub. Onların arasında Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşları var.
Gəminin axtarışlarına FHN, Sahil Mühafizə Xidməti cəlb edilib. Yaxınlıqdan keçən bütün gəmilərə xəbərdarlıq edilib. Hadisə yenrində helikopterlər də işləyir.
Son məlumata görə, gəminin itdiyi hesab edilən ərazidə iki xilasetmə jileti, buy (dənizdə, göldə lövbər salınan yeri və ya təhlükəli yerləri göstərən üzücü nişan), gəmiyə aid olan məişət tullantıları tapılıb.
Balıqçı gəmisi Cənubi Koreyadan Holmsk limanına gedirdi. Hazırda əlverişsiz hava şəraiti var, dənizdə görmə məsafəsi azalıb. Buna baxmayaraq axtarışlar davam edir.
