Bakıda dəhşət: Qatarın altında qalıb öldü

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Binəqədi rayonu ərazisində – Biləcəri dəmir yolu vağzalının yaxınlığında 1956-cı il təvəllüdlü Mövlanov Dövlət Allahverdi oğlu yük qatarının altında qalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 62 yaşlı kişi həkimlərin səyinə baxmayaraq vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ( Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanılıb. Araşdırma aparılır.     /Lent.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗