Gənclər Sarkisyanı saymadı.
Ermənistanda qəfildən uşaqların doğulması azalıb, boşanmaların sayı isə buna tərs mütanasib olaraq artıb. Bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb. Hesabat ötən ilin yekunlarına əsasən hazırlanıb.
Bu arada Rusiya Daxili İşlər Nazirliyi 250 min sağlam və gənc erməni miqrant kimi bu ölkədə çalışdığını açıqlayıb. Belə açıqlamadan sonra uşaqlar haradan olmalıdırki? İş, pul yoxdur, yemək isə hər zaman lazım olanda nə etmək olar? Kim bacarırsa, bəxti gətiribsə birdəfəlik qərbə köçüb. Başqaları isə Rusiyada özlərinə sığınacaq tapıblar.
Amma bir şey maraqlıdır – erməni xalqı öz prezidentləri Serj Sarkisyanı yarı yolda qoyur. Axı ötən il o çıxış edərək gənclərin qarşısında öhdəlik qoydu – əhalinin sayı 4 milyona çatmalıdır. Bu gün isə Ermənistan əhalisi 2 milyon 800 min nəfərdir (2011-ci ildəki siyahıyaalmaya görə). Bu rəqəmlər də ehtimal ki, şişirdilib.
Əgər uşaq sahibi olmamaq, ailə qurmamaq tendesiyası davam edərsə Ermənistanda cəmi bir neçə yüz min əhali qala bilər. Onlar da ancaq qocalar olacaq. Amma buna baxmayaraq onların prezidenti Sarkisyan yerində qalacaq. Əgər lazım olarsa o yaşına baxmayaraq şəxsi təcrübəsində ölkə əhalisini necə artıqmağın lazım olacağını da göstərəcək. /istipress.com/
