Türkün səbri tükəndi – Millətçi lider

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ cinayət başında yaxalanıb.

Bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Afrindəki hərbi əməliyyatlarla bağlı çıxışında deyib.

“Terror qruplarına qarşı aparılan “Zeytun budağı” əməliyyatı uğurla həyata keçirilir. Bu əməliyyat əlbəttə ki, hüquqidir və regionun sabitliyini qorumaq məqsədi daşıyır. Ox yaydan çıxdı, türkün səbri tükəndi”, – partiya lideri bildirib.

Baxçalı əlavə edib ki, əməliyyatın Menbiç bölgəsini də əhatə etməsi zəruridir.  /Axar.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗