Cümhuriyyət dövründə yüksək vəzifə tutmuş Kriçinski qardaşları kim olub?

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təlim iştirakçıları tərəfindən AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məqalələr redaktə edilir.
Kitabxanadan bildiriblər ki, MEK-in təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Azərbaycan Xalq Cumhuriyyətinin Ədliyyə nazirinin müavini, diplomatı Olqerd Kriçinski və Hökumət Dəftərxana İdarəsinin rəisi işləmiş Aslan Kriçinski qardaşları haqqında məqalə yaradılıb.
Məqalələr ilə https://az.wikipedia.org/wiki/Olqerd_Kri%C3%A7inski, https://az.wikipedia.org/wiki/Aslan_b%C9%99y_Kri%C3%A7inski linklərdə tanış olmaq mümkündür.
Olqerd Kriçinski 1884-cü il okytabr 22-də, Aslan Kriçinski 1887-ci il sentyabrın 25-də Vilnüsdə doğulublar
Onlar Polşanın və Azərbaycanın görkəmli ictimai xadimləri olublar.

Vətənim Media Shorts

YouTube-da aç ↗