Sabahdan MSK-da prezidentliyə namizədlik üçün sənəd qəbulu başlayır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Sabahdan prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi başlayır.

Bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.
Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.
Azərbaycanda hələ ki 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb.

Vətənim Media Shorts

YouTube-da aç ↗