Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Vahid Milli Hərəkat” partiyası üzvlərinə videomüraciət edib.
Videomüraciətində M.Saakaşvili ölkədə seçkilərə aktiv hazırlaşmağa çağırıb.
Bu müraciətində eləcə də M.Saakaşvili Gürcüstanda hakimiyyətə qayıtmaq istəyini bildirib.
Gürcü siyasətçi deyib: “Bizim vəzifəmiz Gürcüstanda hakimiyyətə qayıtmaqdır və 2018-ci ildə artıq qayıtmalıylıq. Biz prezident seçkilərində qələbə qazanmalıyıq”. /Trend/
