Türkiyədə din xadimi kimi tanınan Adnan Oktar “kediciklər”ə ekran qadağası qoyandan sonra proqramlarının reytinqi aşağı düşüb.
Din xadiminin “A9” kanalı ilə canlı yayımlanan proqramlarının izlənmə reytinqi əvvəlki kimi yüksək deyil.
Radio və Televiziya Ali Şurası (RTÜK) cəzasından sonra “kediciklərim” dediyi gənc qızları ekrana çıxarmamağa qərar verən Adnan Oktarın canlı yayımları sosial medianın da marağında deyil.
Əvvəllər sosial şəbəkələrdə paylaşılan proqramın videoları yüz minlərlə insan tərəfindən izlənilərkən, son vaxtlar bu reytinqin aşağı düşməsi qeyd olunub.
Adnan Oktar hazırda müxtəlif mövzularla bağlı xəbər oxudarkən gənc qızların səsindən istifadəni davam etdirir. /Cebhe.info/
