Türkiyə ordusu Suriyanın daha bir bölgəsində əməliyyata başladı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bu gün Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat bölgəsində hərbi əməliyyatlara başlayıb.
Əməliyyatların məqsədi ərazini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləməkdir.
Məlumata görə, Türkiyə qırıcı təyyarələri ötən gecə PYD/YPG  terrorçularının Tel-Rifat ətrafındakı mövqeləri bombalayıb. Bu gün isə Türkiyə ordusu və Azad Suriya Ordusunun bölmələri quru əməliyyatına başlayıb. Tel-Rifatın PYD/YPG  terrorçularından təmizlənməsi ilə “Zeytun budağı” əməliyyatı başa çatacaq.    /BakuPost/

Vətənim Media Shorts

YouTube-da aç ↗