“Savaşı mən idarə edəcəyəm” – Müharibənin tarixini AÇIQLADI

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“2018-ci ildə Livanın “Hizbullah” təşkilatı ilə böyük bir savaş başlayacaq. Bu savaşı da mən idarə edəcəyəm”.
Bunu “Al Masdar” xəbər saytına danışan İsrailin Baş qərargah başçısı Qadi Ayzenkut bildirib.
“Bu döyüş son üç il ərzindəki qarşıdurmalardan daha fərqli olacaq. İsrail-“Hizbullah” müharibəsi başlayarsa, bu, əvvəlkilərinə əsla bənzəməyəcək. “Hizbullah”a xidmət edən hər kəs yerlə bir ediləcək. Beyrutdan cənubdakı son nöqtəyə qədər “Hizbullah” məhv ediləcək. “Hizbullah”a aid minlərlə nöqtə müəyyən edilib. Müharibənin yaradacağı dağıntıları kimsə unutmayacaq”, – o deyib.
İran, Suriya və Livanın İsrail üçün şimal cəbhədə təhlükə təşkil etdiyini deyən Qadi Suriyadakı hərbi əməliyyatların davam etdiyini və əsla dayanmayacağını söyləyib.   /publika.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗