ABŞ Müdafiə Nazirliyindən Türkiyəyə yönəlik mühüm açıqlama verildi
“Türkiyənin NATO-dakı əhəmiyyətli üzvlüyü və İncirlikdəki hərbi hava bazasının NATO üçün önəmli rolu davam edir”.
Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Coni Maykl (Johnny Maykl) deyib.
O, ABŞ-ın İncirlik bazasında yerləşən bir silah anbarını başqa ölkəyə daşıması ilə bağlı məsələyə belə reaksiya verib: “Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu məlumatlar münasibətlərimizdə inamsızlığı artırmağa və birgə hərəkət etməyimizə qarşı yönəlib”.
Qeyd edək ki, son günlər İncirlikdəki NATO hərbi bazasındakı hərbi texnika və silah-sursatın çıxarılacağı, başqa bir ölkəyə göndəriləcəyi barədə xəbərlər dolaşır. /sputnik.az/
