Donald Trampın yaxın saatlarda Suriya ilə bağlı qərar verəcəyi gözlənilir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ prezidenti Donald Tramp Suriyanın Duma şəhərində kimyəvi silahların istifadəsi ilə bağlı yayılan məlumatlarla əlaqədar 24-28 saat ərzində bu ölkənin hakimiyyətinə qarşı hərbi güc tətbiq edib-etməyəcəyinə dair qərar verəcəyini bildirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Bu, barbar, dəhşətli bir hücumdur. Bu baş verməməli idi. Biz aydınlaşdıracağıq ki, bunu Rusiya, Suriya, yoxsa İran edib. Bəlkə, onlar bunu birgə ediblər”, – prezident deyib. 

Vətənim Media Shorts

YouTube-da aç ↗