Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı növbədənkənar prezident seçkilərində dəstəkləyəcəyi namizədin kimliyini açıqlayıb.
MHP lideri “Twitter” səhifəsində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bu cür bəyan edib:
“Bizim namizəd hörmətli Rəcəb Tayyib Ərdoğandır”.
İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. /Publika.az/
