İranda 5,9 bal gücündə zəlzələ baş verib. Turkustan.info-nun məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutu yeraltı təkanların ölkənin cənubunda Buşir əyalətində qeydə alındığı barədə xəbər yayıb.
Məlumata görə, zəlzələnin episentri Kaki şəhərindən 3 kilometr məsafədə, yerin 18 kilometrliyində olub.
İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat verilməyib.
