Azərbaycan vətəndaşları bu Avropa ölkəsinə vizasız gedə biləcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir.

Məlumatı Serbiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər.

Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç mayın 21-22-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗