Bakı sakinləri Ərdoğanın zəfərini qeyd etmək üçün küçələrə çıxdı – Foto

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyədə keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra Bakı sakinləri Rəcəb Tayyib Ərdoğanın qələbəsini qeyd etmək üçün Türkiyə Səfirliyinin önünə gediblər.

Səfirliyin qarşısındakı Atatürk parkında heykəlin qarşısında toplaşan azərbaycanlılar İstiqlal Marşını oxuyublar.

Əllərində Azərbaycan, Türkiyə bayraqları olan Azərbaycan və Türkiyə vətəndaşları daha sonra avtomobillərlə Bakı küçələrində tur ataraq Ərdoğanın qələbəsini qeyd ediblər.  /Musavat.com/

Vətənim Media Shorts

YouTube-da aç ↗