Xarici siyasət mili dövlət maraqlarının beynəlxalq səviyyədə təşkili prosesidir
Poilitoloq Zamin Axundov

Xarici siyasət geosiyasi reallıqların nəzərə alınması planında hər bir dövlət üçün potensial risk və perspektiv tələb edən amillərin,-xüsusilə geopolitik risklərin -nəzərə alınması prossidir və daxli qaydada bu mürəkkəb sisteimin transformasiyası iqtisadi,saiyasi və hərbi starteji komponentlər arası əlaqənənin axtarıllp tapılmasını tələb edir.
XXI ci əsrin qlobal geosiyasi reallıqları konkret dövlət və ya dövlətlər qrupunun beynəlxalq sistemdəki fəaliyyətindən əhəmiyyətli dərəcədə asılı olsada,əslindəı bu mürəkkəb sistemdə bütün subyektlər struktur elment problematiki konteksində beynəlxalq siyasətdə fəal aktorlardır və bu dövlətlərə tarixin inkişaf planında müəyyən geostrateji qorxular bələdçilik edir. Xüsusilə bu konteksdə müasir beynəlxalq münasibətlər sistemininin problematikləri fonunda ABŞ,Türkiyə və bir sıra qərb dövlətləri tərəfindən irəli sürülən yeni paradiqma dəyərli yalnızlıq kompleksi prinsipal xaraici siyasət kursu çərçivəsində stimullaşdırıcı geopolitik arqument kimi nisbi təcrid şəraitində mili dövlətlərin təhlükəsizlik kompleksinə adekvat geopolitik baxışı fokuslaşdırsada, faktiki olaraq mövcud şəraitdə dövlətlərin geopolitik identifikasiyası üçün beynəlxalq sistemə inteqrasiyası daha prinsipal faktordur. Beynəlxalq Münasibətlər Sistemində bütün dövlətlər xarici siyasətdə maksimum milli maraq kompleksilə hərəkət edir. Nəticədə qlobal səviyyədə, geosiyasi anorxizm şəraitində normativ prinsiplər inkar olunur. Bütün bunların fonunda Avrasiya Süper Kontinentində, xüsusilə onun postsovet məkanında yeni müstəqliyinə qovuşmuş mili dövlətlərin xarici siyasət kursu mövcud risklərin idarəolunması nöqteyi nəzərində geosiyasi reallıqların nəzərə alınmasını tələb edir və bəzən öz ölçüsünə görə kiçik geosiyasi subyektlərin xarici siyasət strategiyası mürəkkəb komplikasiyonlara münasibətdə fövqəladə əhəmiyyətli məna ilə yüklənmişdir. Tarixin inkişaf planınında postsovet respublikaları milli müstəqillikləri istiqamətində inamla addımlasalarda, gələcəyin perspektivi qlobal geosiyasi proseslərin,risklərin, və geostrateji toqquşmaların xarakterindən əhəmiyyətli dərəcədə asılı olacaqdır. Bu konteksdə Azərbaycanın xarici siyasəti gəlcəyin perspektivinin formalaşdırılması planında unikal model kimi təqdim oluna bilər. Bu həm də ü çüncü minlliyin qlobal geosiyasi problemlərinə intelektual reaksiya fonunda mili dövlətin praqmatik və rasional davaranış kompleksini meydana çıxardır. Heç nəyi şişrtmədən demək olar ki, yuxarıdakı parametrlərin nəzərə alınması konteksində Azərbaycanın xarici siyasəti unikal siyasətdir və onun həyata keçirilməsi prosesi daha geniş geosiyasi plasdarımda geopolitik intelektualizmin xarakterilə asosasiya olunur. Beləliklə geopolitik intelektualizm,risklərin idarəolunması prosesində dövlətin intelektual xarici siyasət potensialını fokuslaşdırır və bu amil xarici siyasətdə rsaional implus kimi realizmzmin mövqeyini ifadə edir.
Heç nəyi şişirtmədən demək olar ki, Azərbaycanın xarici siyasəti və onun reallaşdırılması prosesi mühüm geopolitik risklərin təsiri altında, – intensiv olaraq geosiyasi risklərin nəzərə alınması planında- həyata keçirilir və bu konteksdə xarici siyasət prinsipal, lakin çoxfunksiyalı sistemlərin,komponentlərin təşkili planında intelektual formatda həyat qabiliyyətli sistem təsəvvürü bağışlayır. Regional səviyyədə belə bir siyasətin həyata keçirilməsi konteksində ilk öncə regional təhlükəsizliyə risk yaradan amilərin axtarılıp tapılması və bundan sonra region dövlətlərinin də dəstəyinin təşkilini təmin etmək yoluyla elə bir cografi siyasətin həyata keçirilməsi tələb olunur ki, o həm qurucu implus xarakterli olsun eyni zamanda qayğıların azaldılması istiqamətində çevik və praqmatik modelə istinad etsin. Xüsusilə regionun üç mühüm geosiyasi aktoru və bu aktorların əhatəsində mili maraq kompleksinin də nəzərə alınması fonunda unikal balans siyasətinin təşkili Azərbaycanın xarici siyasəti üçün səciyyəvi amildir. Azərbaycanın xarici siyasəti müəyyən risklərin nəzərə alınması ilə paralel daha çox risklərin idarəolunması nöqteyi nəzərindən artıq müəyyən bir təcrübəyə malikdir və yaxın coğrafiyada strateji qorxular eyni zamanda onu periferiyada və daha geniş coğrafiyada xarici siyasət üçün yaradıcı və dinamik formulların axtarılıp tapılmasına yönəldir. Bu konteksdə regional balans üçün kifayyət qədər arqumentləşdirilmiş faktlar olsada əslində bu balans siyasətini,regional təhlükəsizlik konsepsiyası fonunda, (hazırda bu istiqamətdə müəyyən modellər irəli sürülür) regional dövlətlərlə birgə təşkil məsələsi, paralel müstəvidə hər bir dövlətin geosiyasi ambisiyalarının tranasformasiyasını tələb edir. Praktiki addımların atılması mərhələsində bu nəzəriyyədən daha çox konkret fəaliyyət tələb etdiyindən geopolitik risklər olduğu kimi qalmaqdadır. Lakin risklərin xarici siyasət vasitəsilə nəzarətdə saxlanılması üçün elə bir regional əməkdaşlıq formulu tələb olunur ki, ən azından belə bir formulun tərəflərə qəbul etdirilməsi məsələsində Azərbaycanın müstəqil əməkdaşlıq formatı olsun. Xarici siyasətin qarşısında duran ən önəmli vəzifə təkcə regional əməkdaşlıq formatında mili maraqların təmin edimlməsi deyildir. Paralel müstəvidə regional ambisiyaları olan dövlətlərin maraqalarının da nəzərə alınması məsələsində də bir o qədər həssaslıq tələb olunur. Son iyirmi ilin təcrübəsi Azərbaycanın xarici siyasət strategiyası və onun reallaşdırılması prosesi fonunda bizə müəyyən informasiyalar verreir. Ən önəmlisi odur ki, geopolitik risklərin nəzərə alınması planında məhz, xarici siyasət bu müddət ərzində ideologiyasız olmuş və o, beynəlxalq səviyədə müəyyən prinsiplər rəhbər tutularaq həyata keçirilmişdir. Bu konteksdə xarici siyasət ideologiyasız olmuş və regional təhlükəsizliyin təmin olunması məqsədilə beynəlxalq səviyyədə çoxtərəfli əməkdaşlıq siyasəti priortitet hesab olunmuşdur. Heç şübhəsiz Azərbaycanın xarici siyasət strategiyası və onun həyata keçirilməsi prosesi mürəkkəb hadisələrin əhatəsində reallaşdırılmışdır.
Azərbaycanın xarici siyasət strategiyası tarixi şərait baxımından iki mühüm prinsipin nəzərə alınması konteksində fövqəladə əhəmiyyətlidir. Birincisi regional və beynəlxalq səviyyədə siyasi reallığın nəzərə alınması fonunda xarici siyasət praqmatik prinsiplərə söykənir ki, məhz bu aspektdən yanaşdıqda regional və qlobal faktorlar və onların çoxfunksiyalı təsir potensialı xarici siyasətin formalaşdırılması zamanı nəzərə alınır. İkincisi milli dövlət maraqlarının nəzərə alınması fonunda əsasən beynəlxalq sistemdə böyük dövlətlərin personajına daxil olan soft power komplikasiyonununu,(bu Azərbaycanın timsalında daha çox yumşaq güc siyasətinin mürəkkəb elmentlər vasitəsilə təşkili prosesidir) yumşaq güc siyasəti konsepsiyası uğurla tətbiq olunur. Xüsusilə milli diplomatiya institutunun multifunksional fəaliyyəti, risk mahiyyətli komplikasiyonlara intelektual reaksiya fonunda adekvat olaraq konsepsiyalaşdırdığı kreativ və çoxfunksiyalı xarici siyasət strategiyası (qısa müddət ərzində regiona xas problemlərə reaksiya fonunda unikal balans siyasəti) prinsipcə Azərbaycanın xarici siyasət institutunun və diplomatik potensialının həyat qabiliyyətliliyini artırmış, qısa bir müddətdə Rusiya, İran,Türkiyə,ABŞ və Avropa dövlətlərilə münasibətlərin formalaşdırılması istiqamətində qətiyyətli qərarlar qəbul edilmişdir. Ümumiyyətlə ölkənin gələcək siyasi taleyinə münasibətdə Azərbaycanın xarici siyasət strategiyası müəyyən bir baxışı rəhbər tutaraq həyata keçirilmişdir. Xüsusilə yeni dövrün geosiyasi reallıqları nəzərə alındıqda,Azərbaycanın beynəlxalq sistemdəki yeri və rolu düzgün qiymətləndirilmiş və ölkənin geopolitik dəyəri qlobal geosiyasi proseslər fonunbda düzgün dərk edilmişdir. Regional qayğılar fonunda beynəlxalq əlaqələrə verilən dəyər xarici siyasət üçün mühüm geosiyasi baxışın rəhbər tutulmasını tələb edirdi ki, keçmişdə olıdugu kimi bu gündə bu dəyər xarici siyasət üçün prioritet hesab olunur.
Paralel müstəvidə Avro-Atlantik strukturlara inteqrasiya fonunda milli dövlət konseptinə uyğun olaraq demokratik islahatların həyata keçirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Bu kontekstdə mühüm əhəmiyyətə malik olan və öz qurucu misiyasına görə fundamental prinsiplərlə əhatə olunan iqtisadi – siyasi qərarlar, xüsusilə Azərbaycanın neft strategiyası və onun gələcək perspektivi nəzərə alınmışdır. Konstitusiyon islahatlar və siyasi həyatada baş verən proseslərə intelektual reaksiya bu çərçivədə son dərəcə əhəmiyyətli idi. İqtisadi potensialın təsir aspekti və regional təhlükəsizliyin təmin olunmasında həyata keçirilən ardıcıl və qətiyyəıtli siyasət respublikanın regional və beynəlxalq nüfuzunun formalaşmasında ciddi rol oynamışdır. Bütün bunların fonunda Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ardı-ardına diplomatik qalibiyyətlər əldə olunmuşdur. Düzdür praktiki addımların atılması mərhələsində bu siyasət öz effektiv nəticəni hasil etməsədə ümumilikdə xarici siyasət sahəsində prinsipallıq fövqəladə əhəmiyyətli reallıq kimi nəzərə alınır. Xüsusilə regional dövlətlər bu prinsipal siyasəti daha aydın formada müşahidə etməkdədir. Məsələn, BMT tərəfindən qəbul edilmiş məlum qətnamlər bu konteksdə gənc dövlətin beynəlxalq aləmdə həyata keçirdiyi uğurlu xarici siyasət strategiyasının nəticəsi kimi önə çıxır. Bütün bunlarla bərabər müstəqilliyin ilk illərindən başlayaraq ölkənin ümumi inkişafını təşkil etmək məqsədilə daxili və xarici siyasət arasında harmonik paralellik aparılmış və makro səviyyədə milli inkişaf konsepsiyası qəbul edilmişdir. Nəticədə müasir Azərbaycan Respublikası dünya səviyyəsində özünün nüfuzlu dövlət obrazını yarada bilmişdir. Harmonik inkişaf konsepsiyasının prinsiplərinə uyğun olaraq prinsipal xarici siyasət strategiyasının təşkili prosesi həyat qabliyyətli sistemdə təşkil edilmişdir. Tarixi şəraitin düzgün qiymətləndirilməsi planında milli maraq kompleksi siyasətin predmetinə çevirilmiş və daxili siyasi birlik təsis olunmuşdur. Beləliklə xarici siyasətdə reallıqların nəzərə alınması,yəni realizm nöqteyi nəzərindən əhəmiyyətli komplikasiyonları siyasətin predmetinə əlavə etdiyi halda daxili siyasət xalqın maraqlarını,dövlətin milli mənafeyini və onun ümumi inkişaf konsepsiyasının realaşdırılması prosesi kimi meydana çıxır. Bu çərçivədə xarici siyasət komleks şəkildə daxli siyasətin intelektual davamıdır. Xarici siyasət elə bir intelektual maraq kompleksidir ki, onun potensialınının təsir aspekti daxili siyasətin xarakterini formalaşdırır. Əgər daxili siyasət, bır sıra mühüm prinsipləri, güclü dövlət konseptinin tələblərinə uyğun olaraq, iqtisadi inkişaf strategiyasını,hərbi-texnoloji üstünlük kompleksini, mədəni və ideoloji planda dominatlıgı, humanizm, demokratizm,multukulturalizm kimi dəyərləri və s, nəzərə almırsa bu zaman xarici siyasətdə dövlət öz milli maraqlarını beynəlxalq səviyyədə təmin edə bilməz.Ümumiyyətlə daxili siyasət xarici siyasətin digər vasitələrlə aparılması strategiyasıdılr.
Beləliklə Azərbaycanın xarici siyasət strategiyası tarixi – siyasi proseslərin təsiri altında özünün mürəkkəb formalaşma dövrünü keçirmiş ,bir sıra mühüm siyasi qərarların qəbul edilməsi fonunda məhz milli dövlət quruculuğu istiqamətində ardıcıl və qətiyyətli addımlar atılmışdır. Ümumiyyətlə müstəqilı Azərbaycan dövlətinin mili siyasət strategiyası tarixi proseslərin təsiri aspektində üç əsas mərhələyə daxildir. (1) Birinci mərhələ Azərbaycanın müstəqliliyinin ilk dövrlərində qarşıya çıxan çətinliklərə əhatə olunur. Bu mərhələni özlüyündə iki hissəyə ayırmaq olar.Birinci mərhələnin məhz birinci hissəsi 1988 -1993 ilə qədər olan dövrdə baş verən hadisələri əhatə edir və olduqca mürəkkəb proseslərlə əhatə olunmuşdur. (2) İkinci mərhələ isə 1993-2003 ilə qədər olan dövrü əhatə edir. Xüsusilə bu mərhələ milli müstəqliyimizə qarşı təhdidlərin potensial təsiri baxımından olduqca təhlükəli proseslərlə əhatələnmişdir. Tarixi şəxsiyyət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu mərhələdə milli dövlətçiliyin əsasları yaradılmış və onun fəlsəfi prinsipləri müəyyən edilmişdir. (3) Üçüncü mərhələ isə 2003-2013 cü illəri əhatə edir. Özlüyündə bu mərhələ də bir sıra tarixi proseslərlə yadda qalmışdır. Gənc,kreativ və dinamik liderein,prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi bu dövr xarici siyasətdə, eləcədə dövlət həyataında mühüm mərhələdir. Tarixçilər bu mərhələni milli dövlətin ikinci nəfəsinin açılışı kimi qiymətləndirir. Bu üç mərhələdən sonra hazırda dördüncü mərhələyə daxil oluruq. Bu mərhələ 2013-2018 ci illəri əhadə edir. Bu mərhələ Beynəlxalq Münasibətlər Sistemində fundamental dəyişikliklərin baş verdiyi dövrə təsadüf edir. Xüsusilə sonuncu mərhələ Azərbaycanın xarici siyasət strategiyası baxımından mürəkkəb proseslərlə əhatə olunmuşdur.
Ümumiyyətlə XXI əsrin ikinci on illiyindən başlayaraq dünya siyasəti daha mürəkkəb və xaotik məcaraya yönəlmişdir. Bu konteksdə gənc respublikanın beynəlxalq və regional səviyyədə baş verən geosiyasi proseslərə reaksiyası, qlobal geosiyasətdə baş verən münaqişələr və s, nəzərə alındıqda daha çətin sınaq təşkil etməkdədir. Regional konfliktlərin transformasiyası və münaqişə arxipelaqlarının çoxalması,trayektoriyanın genişlənməsinə səbəb olmuşdur. Belə bir şəraitdə qlobal geosiyasət nizamsız və qeyri-müəyyən şəraitdə təhlükəli tendensiyalarla xarakterizə olunur. Bütün bunlar nəzərə alındıqda Azərbaycanın yürütdüyü xarici siyasət bir sıra mühüm faktları meydana çıxardır. Xüsusilə region dövlətləri arasında münasibətlərin formalaşdırılması prosesində baş arbitr qismində çıxış edən ölkəmiz(Rusiya Türkiyə münasibətləri fonunda prezident İlham Əliyevin şəxsi təşəbüsü misal göstərilə bilər) tarixi təcürbənin işığında özünün sülh siyasətinə sadiqlik nümayiş etdirir. Tarixi şərait baxımından Suriya və İraqda baş verən proseslər və hal hazırda regionda davam edən vətandaş müharibəsi məhz mövcud konfliktin mahiyyətindən daha çox onun geosiyasi təsir potensialını nümayiş etdirir. Bu kontekstdə Azərbaycan konfliktin geosiyasi təsir dairəsinə daxil olan regionda yerləşir. Coğrafi baxımdan bu cür yaxınlıq və periferiyada proseslərə təsir etmək imkanı, potensial təhdidlər nəzərə alındıqda olduqca çətindir. Paralel müstəvidə bu reallıq geosiyasi proseslərin arealına və onların inkiaşf trayektoriyasına işarədir. Lakin buna baxmayaraq Azərbaycanın xarici siyasət strategiyası bir sıra mühüm proseslərə təsir etmək iqtidarında olduğunu sübut etdi. Bu konteksdə regional təhlükəsizliyin təşkili prosesində Azərbaycan geosiyasi balans rolunu uğurla davam etdirir. Müstəqil xarici siyasət kursunun yaratdığı psixoloji üstünlük kompleksi regional proseslərdə Azərbaycanın ədalətli dövlət mövqeyini gücləndirir. Xüsusilə Türkiyə -Rusiya arasında münasibətlərin regional proseslərə təsiri aspekti nəzərə alındıqda Azərbaycanın həyata keçirdiyi unikal balans siyasəti regional səviyyədə dövlətlər arası münasibətlərə təsir faktını sübut edir.
Konkret fakta müraciət etsək Rusiyanın Hərbi Hava qüvvələrinə aid MİQ 29 tipli döyüş təyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindənn vurulması faktı və ardınca hər iki dövlət arasında münasibətlərin qarşılıqlqı hərbi təhdid səviyyəsinədək qalxması reallığı və bütün bunların fonunda Azərbaycanın regional təhlükəsizliyə töhfə verən diplomatik fəaliyyəti olduqca praqamatik gedişdir. Rusiya və Türkiyə arasında münasibətlərin yenidən tənzimlənməsi və diplomatik münasibətlərin təşkili prosesində Azərbayacanın dövlət başçısıının şəxsi təşəbbüsü xüsusilə qeyd olunmalıdır.Həmin dövr iki dövlət arasında münasibətlərin diplomatik səviyyəsi nəzərə alındıqda, Azərbaycan prezidetinin şəxsi fəallığı nəticəsində bu münasibətləri tənzimlənməsi tarixin xüsusi bir anıdır. Paralel müstəvidə dünyada baş verən proseslər hal hazırda ikinci dünya müharibəsi ərəfəsində baş verən proseslərlə oxşarlıq təşkil edir. İkiqütblü sistemdə sürətlə çoxqütblü sistemə keçid, qlobal səviyyədə qüvvələr balansının pozulması və mövcud şəraitdə statuskvonun dəyişdirməyə çalışan dövlətlərin beynəlxalq sistemdə konsolidasiyası yeni bir mərhələnin başlanğıcılna işarədir. ABŞ -Rusiya münasibətləri,Aİ xarici siyasəti və bütövlükdə Kontinental Avropada baş verən ideoloji siyasi təşkilatlanmalar, xüsusilə Böyük Britaniyanın birlikdən ayrılması ilə başlayan(Breksit olayaları) və ümumi Avropa məkanında Aİ gələcəyi ilə bağlı qayğılar, ittifaqın gələcək perspektivinə münasibətdə pessimist baxışlar və bütün bunların nəticəsi kimi knesefobiya ,(xenophobic) irqçilik və faşizim tendensiyalarının qitə Avropasında və eləcədə bütün dünyada meydana çıxması faktı Azərbaycan kimi öz milli müstəqiliyini qısa tarixi dövr ərzində əldə etmiş dövlət üçün əhəmiyyətli proseslərdir.
Bu tip mürrəkəb proseslərin təsir dairəsində həm beynəlxalq həm də regional səviyyədə ciddi təhdidlərə intelektual reaksiya vermək fövqəladə əhəmiyyətlidir. Nəticədə bütün bunların fonunda belə bir ideyanı mərkəzə qoymaq olar ki, keçən əsrin əvvələrində qarşıya çıxan regional və beynəlxalq problemlər və bu problemlərin ölkəmiz üçün təhdid aspekti 2013 cu ildən başlayaraq eyni mahiyyət və xarakterlə təkrar olunur. Beləliklə yuxarıdakı faktorların hər biri Azərbaycanın xarici siyasət strategiyasını və onun əsas xüsusiyyətini analiz etməyə imkan verir. Bu konteksdə Azərbaycanın xarici siyasət strategiyası və onun reallaşdırılması prosesi daxli qaydada milli dövlətin inkişaf tempi ilə bağlı olan prosesdir. Tarixə qısa bir ekskursiya etsək görərik Azərbayacan dövlətçiliyi müstəqilliyinin ilk illərində nə qədər ciddi bir təhlükə ilə üzləşmişdir. Bu təhlükə geosiyasi proseslərin daxili siyasətə təsiri fonunda özünü göstərirdi. Nəticədə daxili qeyri-siyasi sabitlik və geosiyasi proseslərin təsir aspekti milli müstəqilliyi sual altında saxlayırdı. Beləliklə Azərbaycan müstəqiliyinin ilk illərində tarixi dilema qarşısında dayanmışdır. Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ətrafında həyata keçirilən spekuliyasiyalar ölkənin diplomatik imunitetinin zəiflətmiş, iqtisadi və siyasi həyatda qeyri-sabitlik yaranmışdır. Daxili hərcmərclik, və siyasi sabitlilyin olmamsı belə bir reallıq idi ki, o bir tərəfdən ölkənin ərazi bütövlüyünü təhdid edən düşmənə qarşı hərbi-siyasi təşkilatlanmanın qarşısını alırdı, digər tərəfdən xarici dövlətlərin daxili siyasətə təsir imkanlarını formalaşdırırdı. Siyasi rəhbərlik isə bütün bunların fonunda siyasi iradə nümayiş etdirə bilmirdi.
Lakin tarixi şəxsiyyət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ilk olaraq siyasi sabitliyin təmini istiqamətində radikal qəraralr qəbul edildi. Ardınca iqtisadi həyatda radikal reformlar həyata keçirildi və bütün bunların nəticəsi kimi neft strategiyası işlənilib hazırlandı. Xarici siyasətin uğurla həyata keçirilməsi üçün Azərbaycan Avro- Atlantik strukturlara inteqarasiya siyasəti prioritet secildi. Avro-Atlantik strukturlara inteqarasiya siyasəti mühüm siyasi qərar olsada bu siyasət bir sıra regional faktorların nəzərə alınmasını tələb edirdi. SSRİ-in sürətlə dağılması ilə paralel postsovet məkanında Rusiyaın öz təsir dairəsini qoruyub saxlamağa cəhd etdiyi bir dövrdə həm regional həm də beynəlxalq münasibətlərin yeni dinamikası nəzərə alındıqda, bu dövrdə praqmatik və rasional siyasi qərarların qəbulu fövqəladə əhəmiyyətli idi və keçən əsrin əvvələrində Azərbaycan diplomatiyası regional səviyyədə bu tip komplikasiyonlara adekvat müəyyən addımlar atmışdır )Rusiyanın yeni geosiyasi mühitə adaptasiyası və ABŞ başda olmaqla Qərb dövlətlərinin Rusiyanın periferiyasında geosiyasi üstünlüyü, postsovet məkanında ümidlərlə bərabər pessimist baxışlarıda meydana çıxarmaqda idi. Post SSRİ sərhədləri boyu özünün hərbi varlığını nümayiş etdirən müasir Rusiyanın hərbi bazaları olduğu kimi saxlanılmışdır. Paralel müstəvidə Rusiya yeni dövrün şərtlərinə uygunlaşmağa çalışırdı. Belə bir şəraitdə Rusiyanın xarici siyasətini nəzərə almamaq olduqca riskli hesab olunurdu. Qərb dövlətləri başda ABŞ olmaqla postsovet respublikalalıarı ilə işləməyə hazır olsada intensiv olaraq bu dövlətlərin xarici siyasətində geosiyasi pluralizm konsepsiyasını fokuslaşdırmaqla Rusiyanın adekvat addımlarına qabaqlayıcı tədbirlər görürdü. Bu tədbirlərdən bir neçəsi həqiqətən Rusiyaya qarşı izoliyasiya siyasətinin ləğvi kimi mahiyyət daşıyırdı. İqtisadi yardımlar, demokratikləşmə və geosiyasi qayğıları azaltmaq üçün hətta bu ölkənin Aİ üzvülük məsələsi belə müzakirə olunurdu.
Həta iqtisadi yardımlar daha real idi. Rusiyaya iqtisadi yardımların ilkin paketi artıq 1992-1995 ci ilərdə həyata keçirlmişdir. Qərb dövlətlərinin başlanğıcda Rusiya ilə münasibətləri olduqca həss olsada zamanın tələbinə uyğun olaraq bu proses müəyyən mərhələdən sonra öz geosiyasi məntiqinə qovuşdu. Rusiyanın geosiyasi təsir dairəsində olan regionlarda qərbin praqamatik xarici siyasət strategiyası paralel müstəvidə həmin regionlarda olan müstəqil dövlətlərdən də adekvat addımlar tələb edirdi. Qarşlıqlı etimada söykənən bu tip siyasət həm Qərb dövlətləri üçün həm də yeni müstəqillik əldə etmiş dövlətlər üçün fövqəladə əhəmiyyətli idi. Lakin bu siyasəti həyata keçirərkən siyasi reallıqlar ən yüksək səviyyədə nəzərə alınmalı idi. Məhz belə bir mürəkkəb geosiyasi şəraitdə ölkəmiz ciddi problemlərlə üzləşmişdir. Qərbin geosiyasi nüfuz dairəsi genişləndikcə post sovet məkanında xüsusilə Cənubi Qafqazda etnik seprataizm geniş vüsət almaqda idi. Ermənistan Sillahlı Qüvvələrinin Azərbaycanın tarixi torpaqlarında hərbi təcavüzü və region daxili hərbi siyasi vəziyyət ciddi problemlərlə əhatə olunmuşdiur. Situasiyanın bu modeli şübhəsiz geosiyasi sabitliyi təhdid edirdi. Nəticədə Azərbaycanın xarici siyasəti qeyri-müəyyən vəziyyətdə dövlətcilik maraqlarına reaksiya verə bilmirdi. Belə bir vəziyyətdə nəyinki Avro-Atlantik strukturlara inteqrasiya siyasəti həyata keçirilə bilərdi. Hətta Azərbaycanın regional səviyyədə də xarici siyasəti anormalllıq kəsb edirdi. Şübhəsiz bu proses,yəni postsovet məkanında baş verən münaqişələr xüsuisilə Qərbin geosiyasi nüfuz dairəsində olan bir sıra regionalarda konfliktlər süni yollarla yaradılırdı.
Paralel müstəvidə bu konfliktlərin həll edilməməsi şəraitində ABŞ və Aİ dövlətləri geosiyasi məğlubiyyətlə üzləşə bilərdi. Belə bir şəraitdə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ən azından Cənubi Qafqazda regional proseslərin xarakterini dəyişdi. Heydər Əliyev praqamatik siyasətçi idi. O,bir sıra daxili faktorları şuurlu şəkildə inkar edərək regionalı əməkdaşlığın dərinləşdirilməsi fonunda Rusiya və İranla diplomatik münasibətlərin əsaını qoydu. Paralel müstəvidə Türkiyə Cümhuriyyəti ilə strateji müttəfiqlik siyasətinin əsas kontrları işlənilib hazırlandı. Türkiyə ilə bərabər-hüquqlu strateji mütəffiqliyə əsaslanan bu münasibətlər paralel müstəvidə regional siyasətinin çoxtərəfli əməkdaşlıq prizamasından dəyərləndirildiyində olduqca önəmli idi. Çünki Türkiyə ilə paralel Rusiya və İranlada İqtisadi və siyasi münasibətlər eyni xəttlə davam etdirildi. Qaraşılıqlı etimada söykənən bu münasibətlər digər tərəfdən beynəlxalq sistemdə reagional məsələlərə dair Azərbaycan diplomatiyasına olan inamı artırmışdı. Azərbaycan diplomatiyası Heydər Əliyevin müəyyən ettdiyi xarici siyasət strategiyasına uyğun olaraq ilk öncə regional məsələlərə dair çoxtərəfli müzakirələrə üstünlük verirdi. Paralel müstəvidə Qərb dövlətlərilə münasibətlərin inkişafı üçün mühüm addımlar atılırdı. Tarixi şərait baxımından Azərbaycan xarici siyasət strategiyası və onun realaşdırılması prosesi qlobal geosiyasi proseslərə adekvat olaraq bir sıra mühüm prinsipləri nəzərə almalı idi.
1.Milli dövlət geosiyasi proseslərin təsir aspektini nəzərə alaraq ideya-ideologiya ilə praktiki siyasi addımlar arasında qanunauyğunluğu, harmoniyanı təşkil edə bilməli idi. 2. Milli dövlət öz maraqlarını təmin etmək məqsədilə geosiyasi determizmi nəzərə almalı idi. Yəni geosiyasi palatformada müstəqil xarici siyasət həyata keçirməklə regional səviyyədə bu siyasəti əsaslandıra bilməli idi. 3. Bütün bunların fonunda Azərbaycan xarici siyasət strategiyası məqsədyönlü olmalı idi. Yəni qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi planında dövlət prinsipal xarici siyasət kursuna sahib olmalıdır. Məhz bütün bunlar həm də ona görə vacib idi ki, Azərbaycan beynəlxalıq aləmdə öz sülhpərvər imicini qoruyub saxlaya bilsin. Bu siyasət eyni zamanda Dağliq Qarabağ münaqişəsinin həlli istiqamətində perspektiv vəd edə bilərdi. Bütün bunların fonunda belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın xarici siyasət strategiyası və onun həyata keirilməsi proisesi (1) Beynəlxalq Sistem,(2) regional sistem və (3) daxili siyasi sistem arasında dəqiq və incə məqamların axtarılıp tapılması fonunda gerçəkləşmişdir. Bu istiqamətdə xarici siyasətin təşkili üçün ilk öncə daxili siyasi sabitlik təşkil edilmiş,ikinci mərhələdə regional faktokrlar və onların təsir aspekti müəyyənləşdirilmiş və bu faktorların nəzərə alınması fonunda adekvat adımlar atılmış, daha sonra viziyonist baxışla gələcəyə yönəlik perspektivlər dəyərləndirilmişdir.
Bu perspektiv vəd edən viziyonist baxış nəhayət Azərbaycanın xarici siyasəti üçün stimullaşdırıcı amilərin də təsiri ilə Avro-Atlantik strukturlara inteqarasiya siyasəti xarici siyasətin prioritetinə çevirilmişdir. Lakin aradan keçən 20 ildən artıq bir dövr ərzində beynəlxaq sistemdə köklü dəyişkilklər baş vermişdir. Yeni –yeni konfliktlər meydana çıxmış və bu konfliktlərin transformasiya trayektoriyası olduqca genişlənmişdir. Nəticə Azərbaycanın xarici siyasət strategiyası beynəlxaq sistemdə baş verən bu proseslərin təsiri altında özünün inkiaşf yolunu müəyyənləşdirirək yoluna davam etməkdədir. Hazırkı məqamda dünyada geosiyasi proseslərin inkişaf tempi siyasi qəraraları üstələyir. Belə bir şəraitdə kiçik dövlətlər öz mili müstəqliyini və milli marqalarını təmin etmək üçün daha çox xarici siyasət yürtməli olur. Lakin bundan fərqli olaraq güclü dövlətlər öz milli maraqlarını, beynəlxalq sistemdə iqtisadi və siyasi üstünlüyünü qoruyub saxlamaq üçün tam əksinə daha radikal və daha prinsipal xarici siyasət həyata keçirdir. Nəticədə problemlər kiçik dövlətlərin iradəsindən asılı olmayaraq inkişaf edir. Hazırda ABŞ başda olmaqla Çin,Rusiya ,Almaniya, Fransa,Böyük Britaniya kimi inkişaf etmiş kapitalist sənaye dövlətləri beynəlxalq səviyyədə bir sıra münaqişələrin yaradıcısı və iştirakçısı qismində çıxış edir. Paralel müstəvidə orta səviyyəli dövlətlərdə öz geosiyasi mövqeyini formalaşdırmaqla məşguldur. Bu konteksdə Orta Şərq , Cənubi Qafqaz və Orta Asiya regionuda daxil olmaqla böyük bir regionda yeni aktorlar geostrateji üstünlük uğurunda mübarizəyə qoşulmuşdur. Lakin bu mübarizə paralel müstəvidə bir sıra təhlükəli toqquşmaları meydana çıxardır. Zibiqnev Bjeziniskinin Avrasiya Balakanaları kimi təqdim etydiyi bu regionalar dünyanın iqtisadi və siyasi potensialının cəmləşdiyi regionlardır. Eyni zamanda Soyuq Müharibənin başa çatmasından sonrakı mərhələdə aktivləşən tektonik toqquşmalar qlobal səviyyədə geosiyasi balansı çətinləşdirir. Bütün bunlar nəzərə alındıqda beynəlxalq sistem iki əsas və müəyyən mənada daxili qaydada bir birini tamalayan sistem təsəvvürü bağışalayır.
Sistemin birinci halqasında kiçik dövlətlər və onların təsir dairəsində olan regionalar mövcuddur. Ayrıca bu regionaların hər biri daha geniş planda güclü dövlətlərin strateji dayaq nöqtəsi kimi çıxış edir. Beynəlxalq sistemin bu parametrinə regional aktorlar nəzarət edir. Liakin onlar bu regionlarda mütləq hakimiyyət həyata keçirmir. Bu regionalar böyük dövlətlərin təsiri dairəsində inteqral qaydada siyasi və iqtisadi potensiallarını transformasiya etməklə geosiyasi platformada bufer balans rolunu oynayır. Sistemin ikinci halqasında isə əsasən güclü dövlətlər və onların təsir dairəsində olan beynəlxalq təşkilatlar daxildir. Burda BMT-ın 5 daimi üzvü olan məlum dövlətlər və NATO dövlətləri daxildir. Beləliklə beynəlxalq sistemin bu tip anorxist reallığı göz önündə tututlduqda Azərbaycan kimi regional təhlükəsizliyə xüsusi töhfə verən bir dövlətin xarici siyasəti mürəkkəb proseslərdən baş çıxarmağı tələb edir. Tarixi şəxsiyyət Heydər Əliyevin konsepsiyalaşdırdığı müasir Azərbaycan xarici siyasət strategiyası bu baxımdan fövqaəladə önəmlidir. Doğrudur Azərbaycanın xarici siyasət strategiyasını özündə ehtiva edən konkret konsepsiya olmasada, xarici siyasət müəyyən prinsiplər rəhbər tutularaq həyata keçirilir. Azərbaycanın xarici siyasətinin realaşdırılması prosesi yuxarıda qeyd olunan geosiyasi parametrlərin nəzərə alınması prosesidir. Güclü dövlət konseptinin Azərbaycan modeli iki əsas fundamental prinsipi nəzərə almaqla həyata keçirilir. Birincisi xarici siyasət realist baxış üzərində qurulur. İkincisi və daha önəmlisi odur ki, Azərbaycan bütün tərəflərlə bərabər hüquqlu münasibətlər qurur. Müstəqil xarici siyasət strategiyasını bu formul əsasında həyata keçirən Azərbaycan nəticədə regional və beynəlxalq səviyyədə psixoloji üstünlük əldə edir. Bu üstünlük paralel müstəvidə dövlətin beynəlxalq nüfuzunu və onun regional səviyyədə əhəmiyyətli tərafdaş kimi qəbul edilməsini şərtləndirir. Bütün bunlar xarici siyasət və reallıqların nəzərə alınması fonunda Azərbaycanın xarici siyasət strategiyasının realaşdırılması prosesini ifadə edir. Bu tarixi siyasi proses dərin məntiqə və yüksək intelektə malik olan və milli dövlət şuurunu mənimsəmiş siyasi elitanın fəliyyətini analiz etməyə imkan verir. Lakin təssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqil xarici siyasət bir çox halda ölkəmizə qarşı qısqanclıq yaradır. Bu isə konkret dövlətlərin anti Azərbaycan siyasətində özünü göstərir. Bütün bunların fonunda müasir Azərbaycan geosiyasi aktordan beynəlxalq nüfuzlu tərəfdaşlığa doğru addımlayarkən o,eyni zamanada müəyyən riskləri də nəzərə almalıdır.
