İrana gələn ay zərbə endirilməsi… – Baş nazir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi haqqında ABC televiziyasının yaydığı məlumatlar həqiqət deyil.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avstraliya Baş naziri Malkolm Ternbull deyib.

“Bu gün ABC-nin yüksəkvəzifəli Avstraliya məmurlarına istinadən yaydığı süjeti gördüm. Bu spekulyasiyadır və anonim mənbələrə əsaslanır. Bu süjet mən, xarici işlər naziri və ordu rəhbərliyi ilə heç bir müzakirə aparılmadan hazırlanıb”, – deyə o bildirib.

Qeyd edək ki, ABC televiziyası ABŞ-ın İranın nüvə obyektlərinə avqust ayında zərbə endirəcəyi haqqında məlumat yayıb. Televiziya Avstraliya və Britaniyanın bu işdə ABŞ-a kəşfiyyat məlumatları ilə yardım edəcəyini bildirib.  /axar.az/

 

Vətənim Media Shorts

YouTube-da aç ↗