Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Azərbaycan Aydınlar Partiyasının sədri, professor Qulamhüseyn Əlibəylinin evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Turkustan.info-nun məlumatına görə, F.İbrahimbəyov küçəsi, 12 ünvanında yaşayan Q.Əlibəyli oğurluqla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verib.
Partiya sədrinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.
Faktla bağlı araşdırma aparılır. /İstiPress/
