Tibb dünyasından YENİLİK: Xərçəngə qarşı fərqli vasitə TAPILDI

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Avstraliyalı alimlər xərçəng hüceyrələrinin digər sağlam hüceyrələrə qovuşaraq çoxalmasının qarşısını alan yeni dərman icad ediblər.

Turkustan.info-nun məlumatına görə, yeni dərman xərçəng hüceyrələrini “əbədi yuxuya qərq edir”. Ancaq alimlər qeyd ediblər ki, yeni dərmanı heyvanlar üzərində artıq sınaqdan keçiriblər. İnsanlar üzərində təcrübə aparmaq üçün hələ tezdir.

“Nature” jurnalında yayımlanan bu təcrübə 10 il davam edib. Alimlərin fikrinə görə bu dərman ənənəvi xərçəng müalicəsinin səbəb olduğu yan təsirlərə malik deyil.

Dərman siçanlarda qan xərçəngi və qara ciyər xərçənginin inkişafını dayandırıb. Alimlər qeyd edirlər ki, ənənəvi xərçəng müalicəsi DNT-ni zədələyir. Eyni zamanda sağlam hüceyrələrə də ziyan vurur. Kimyəvi terapiyanın da əks təsirləri çoxdur. Yeni dərmanlar isə xərçəngin yayılmasını təmin edən spesifik proteinlərin istehsalını dayandırır.  /A24.Az/

Vətənim Media Shorts

YouTube-da aç ↗