Robert Koçaryan həbsdən çıxdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanı azadlığa buraxıb.

Turkustan.info “1in.am”a istinadən xəbər verir ki, məhkəmə müəyyən edib ki, Robert Koçaryan toxunulmaz şəxsdir.

Jurnalistlərlə söhbətində Robert Koçaryanın vəkillərindən biri Ruben Saakyan deyib ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və keçmiş prezidentin toxunulmazlığını nəzərə alaraq, ilk instansiya məhkəmənin qərarını ləğv edib. “Robert Koçaryan artıq məhkəmə binasından çıxıb”, – vəkil qeyd edib.

Xatırladaq ki, Koçaryan iyulun 28-də məhkəmənin qərarı ilə həbs edilmişdi. O, 2008-ci ildə konstitusiya quruluşunun devrilməsində ittiham olunur.  /İstiPress/

Vətənim Media Shorts

YouTube-da aç ↗