Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton ilə Türkiyənin Vaşinqton səfiri Sərdar Kılıncın Ağ Evdə bir görüş həyata keçirdiyi açıqladı.
Turkustan.info Milliyet.com.tr-yə istinadla xəbər verir ki, Ağ Ev sözçüsü Sarah Sanders tərəfindən Bolton ilə Kılınc arasındakı görüşə dair yazılı açıqlama yayınlanıbş. Açıqlamada, ” Con Bolton, Türkiyə Səfiri Sərdar Kılıç ilə bu gün Ağ Evdə görüşüb. Bolton ilə Kılınc, Türkiyədə həbsi davam edən Keşiş Endryu Brunsonı və Türk-Amerika münasibətlərinin son durumunu müzakirə ediblər” – ifadəsinə yer verilib.
Türkiyədəki məhkəmə prosesi davam edən amerikalı Keşiş Brunson ilə bağlı iki ölkə rəsmiləri arasında keçən həftə Vaşinqtonda görüşlər keçirilmişdi.
