Türkiyədə həyəcan – 4 milyon suriyalı ölkəyə axın edə bilər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Dünyanın son günlər yaxından təqib etdiyi Əsəd rejiminin İdlibə qarşı mümkün hərbi əməliyyatı gözləntisi Türkiyədə həyəcana səbəb olub. 
Turkustan.info “Habertürk”ə istinadən xəbər verir ki, müxalif qüvvələrin son qalası olaraq bilinən İdlibə qarşı rejimin mümkün əməliyyatının qarşısının alınması üçün diplomatik danışıqlar davam edir. Lakin bölgədə gərginlik anbaan artmaqda davam edir.
Sayt yazır ki, İdlibi nəzarət altında saxlayan silahlı qruplaşmalar şəhər ətrafına xəndəklər qazırlar. İdlibdə əməliyyat keçirilsə, 4 milyona yaxın Suriyalı vətənsiz qalacaq. Onların üz tutacağı ilk ölkə isə Türkiyə olacaq. Qarşıdurma yaranarsa suriyalılar Türkiyə ilə sərhədə qaçacaqlar. Türkiyənin müvafiq qurumları mümkün köç dalğasına qarşı fəaliyyətə başlayıb.
Bu səbəbdən Türkiyə problemin diplomatik yolla həll olunmasına çalışı və rejimin İdlib əməliyyatına qarşı çıxır.
Məlumat üçün bildirək ki, Suriyanın İdlib şəhəri Türkiyənin Hatay vilayəti ilə sərhəddə yerləşir. İdlibin əhalisi Suriyanın digər yerlərindən buraya sığınanlarla birlikdə 4 milyona çatıb. 
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Suriya danışıqları üçün üçtərəfli zirvə çərçivəsində 7 sentyabrda İrana gedəcək. Zirvəyə Türkiyə, İran və Rusiya prezidentləri qatılacaq.  /BakuPost/

Vətənim Media Shorts

YouTube-da aç ↗