Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Ermənistan konfliktlərin o cümlədən Qarabağ konfliktinin həll yolunu yalnız sülhdə görür.
Turkustan.info xəbər verir ki, bunu Gürcüstandan olan jurnalistlərə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bütün konfliktlər sülh yoluyla, danışıqlar vasitəsilə həll edilməlidir. Bununla bərabər hesab edirik ki, bütün konfliktlər unikaldır. Oxşar konfliktlər yoxdur” – deyə o bildirib.
O həmçinin konfliktlərin həllində güc tətbiqinin qəbuledilməz olduğunu və bunun Qarabağ konfliktində də dəstəkləndiyini deyib. Paşinyan Ermənistanın Qarabağda güc tətbiqinə qarşı çıxış edərək hərəkət edən istənilən tərəfi dəstəkləməyə hazır olduğunu bildirib. /Axar.az/
