Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Birinci sinif şagirdinə yay tapşırığı olaraq verilən “Azərbaycan nağılları” kitabındakı “Göy mıncıx” (nağılın adı bu cür verilib) nağılı sosial şəbəkələrdə tənqidlərə səbəb olub.
Qeyd edək ki, nağılda uşaqların psixologiyasına təsir edəcək qeyri -etik məqamlar öz əksini tapıb.
Adıçəkilən kitab “Şərq-Qərb” Nəşriyyatı tərəfindən 2005-ci ildə nəşr edilib. Bu kitabda nağılları toplayaraq çap etdirən müəllif isə Hənifə Zeynallıdır.
Kitabın redaktoru İsrafil Abbaslı, nəşrə hazırlayanlar isə Rza Xəlilov, Maarif Teymurdur.
Kitab elektron formada da nağıllar.az saytında yayılıb. /Cebhe.info/
