Paşinyanı Azərbaycana bağlayan tellər tapıldı – Arxiv SƏNƏDLƏRİ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanla bağlayan tellər tapılıb.

Turkustan.info-nun Modern.az-a istinadən əldə etdiyi məlumata görə, Böyük Vətən Müharibəsi ilə bağlı arxiv sənədlərində baş nazirin babasının qardaşı Sarkis Saribekoviç Paşinyanın adına rast gəlinib.

1919-cu ildə İcevan rayonunun Sevkar kəndində anadan olan Sarkis Paşinyan kiçik leytenant rütbəsində SSRİ-nin 16-cı Hərbi Hava Qüvvələrinin 237-ci qırıcı aviasiya alayında pilot kimi xidmət edib. Sovet arxivlərindəki məlumatlara əsasən, 1941-ci ilin avqustunda Tambov şəhər sakini Aleksandra Nikolaevna ilə ailə həyatı quran erməni pilot 1942-ci il noyabrın 10-da döyüş tapşırığından geri qayıtmayıb.

Bu zaman onun ailəsinin Azərbaycanın Qazax rayonu ərazisində məskunlaşdığı məlum olub.

Başqa arxiv sənədində isə Sarkis Paşinyanın 1945-ci il iyulun 10-da alman əsirliyindən azad edildiyi və 14-cü ehtiyat atıcı diviziyasında müvafiq yoxlamadan keçdikdən sonra 1946-cı il noyabrın 30-da mülki həyata buraxıldığı qeyd olunub. Həmin yoxlamaların Paşinyanın əsirlikdə olarkən almanlarla əməkdaşlıq etməsi ehtimalı üzərindən aparıldığı qeyd olunur.

 

 

Vətənim Media Shorts

YouTube-da aç ↗