Ukrayna hərbi gəmiləri Krıma yaxınlaşır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus “Donbas” və “Koreç” gəmiləri Azov dənizinə keçmək üçün Krım körpüsü yaxınlığında Kerç-Yenikal kanalına daxil olublar.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyinin mətbuat xidmətindən informasiya yaylıb.

Ukrayna gəmiləri Krım sahilləri boyunca hərəkət edərək həmçinin Rusiyanın xüsusi iqtisadi zonasına da daxil olublar.

Ukrayna mətbuatı gəmilərin Odessadan yola çıxdığını və Azov dənizindəki Berdyansk bölgəsi istiqamətində hərəkət etdiklərini yazıb.  /Axar.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗