İraq hərbi təyyarələri əl-Faluca şəhərinə hava zərbələri endirib, 9 dinc sakin ölüb, 23-ü yaralanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İraq
İraq hərbi təyyarələri Ənbər vilayətinin əl-Faluca şəhərinə hava zərbələri endirib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə beşi uşaq, ikisi qadın olmaqla  9 dinc sakin ölüb, 23 nəfər yaralanıb.
Hadisə ilə əlaqədar İraq rəsmiləri tərəfindən hələ ki, heç bir şərh verilməyib.
Qeyd edək ki, mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.
 
 
 

Vətənim Media Shorts

YouTube-da aç ↗