VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı
09.01.2019 22:38 · gunaynovruz

“Ümumavropa ordusu” NATO-nu əvəzləyə bilməz – Stoltenberq

Dünyada qeyri-müəyyənliyin artdığı bir zamanda NATO çərçivəsində transatlantik əməkdaşlığın gücləndirilməsi və alyansa üzv dövlətlərin hərbi xərclərinin ümumi daxil məhsullarının 2 faizinədək qaldırılması olduqca vacibdir. Turkustan.info xəbər verir ki, bunu NATO-nun baş katibi…

Dünyada qeyri-müəyyənliyin artdığı bir zamanda NATO çərçivəsində transatlantik əməkdaşlığın gücləndirilməsi və alyansa üzv dövlətlərin hərbi xərclərinin ümumi daxil məhsullarının 2 faizinədək qaldırılması olduqca vacibdir.

Turkustan.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Rusiyanın davranışları nüvə silahlanmasının qadağan olunması ilə bağlı mövcud beynəlxalq sistemi təhlükəyə atır və Avropa bu kimi təhdidlərdən təkbaşına qoruna bilməz.

“Müqavilələr pozulur, gömrük divarları çəkilir, beynəlxalq sazişlər təzyiq altında qalır. Rusiya uzun illərdir ki, “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilənin müddəalarını pozur və bu, nüvə silahlanmasının qadağan edilməsinə dair razılaşmalar sisteminin dağılması təhlükəsinə gətirib çıxara bilər. Bu məsələyə az diqqət ayrılması məni təəccübləndirir. Dünyada qeyri-müəyyənliyin artdığı bir zamanda NATO-ya üzv dövlətlərin hərbi xərclərini artırması xüsusən aktualdır, çünki ABŞ başda olmaqla bir çox ölkələr NATO daxilindəki maliyyə yüklərinin ədalətsiz olduğunu hesab edirlər. “Brexit”dən sonra NATO büdcəsindəki maliyyənin 80%-i Avropa İttifaqına daxil olmayan ölkələrdən gələcək. Düşünmürəm ki, Avropa İttifaqının ümumi müdafiəsinin inkişaf etdirilməsi (vahid Avropa ordusunun yaradılması təşəbbüsü) transatlantik müdafiə əməkdaşlığını əvəzləyə bilər” – Stoltenberq vurğulayıb.  /Azvision.az/