Rusiya hərbçiləri Menbiçin bəzi nöqtələrində YPG döyüşçüləri ilə birgə patrul nəzarəti həyata keçirib.
Turkustan.info xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, patrul nəzarəti YPG/PKK-nın qurduğu Bab Hərbi Şurası ilə birgə baş tutub.
Əldə edilən görüntülərdə Rusiya bayraqlı hərbi maşınların Arima səmtinin məhəllələrində yoxlanış həyata keçirdiyi aydın olur.
/Axar.az/
