Bakıda maye qaz daşıyan yük maşını aşdı – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ötən gecə paytaxtın Mikayıl Əliyev prospektində yük maşını aşıb.

Turkustan.info xəbər verir ki, İran vətəndaşının idarə etdiyi maye qaz daşıyan yük maşını dönmə əməliyyatı zamanı idarəetməni itirib, nəticədə, 22 tonluq yük maşınını aşırıb.

Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Ərazi nəzarətə götürülüb, avtomobillərin giriş və çıxışı məhdudlaşdırılıb. 

Qeyd edək ki, qəzaya uğrayan yük maşınının içərisi boş olub.

/oxu.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗