Bu da Rəsulzadənin yeni barelyefi – Foto

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Yanvarın 15-də Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı oğurlanan barelyefinin yerinə yeni lövhə vurulub.

Turkustan.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı barelyefi oğurlayan şəxslərin onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satdıqları məlum olub.  /Axar.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗