Paşinyan İlham Əliyevlə görüşündən danışdı – “Hər şeyi açıb demək…”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Ermənistan vətəndaşları Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm barədə maraqlanırlar. Amma hər şeyi açıb demək etik deyil”.

Turkustan.info  Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan deyib.

Paşinyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə gedən danışıqlarda konkret nəticə yoxdur.

Bununla belə, o, Düşənbədə Azərbaycan prezidenti ilə konkret məsələlər üzərində anlaşmanın əldə edildiyini bildirib: “Nə Əliyev, nə də mən belə bir nəticəni gözləmirdik.

Əlbəttə, biz Qarabağ haqqında danışdıq. Bu, qeyri-rəsmi bir görüş idi.

Mən dəfələrlə demişəm ki, danışıqlarda Ermənistanı təmsil edəcəyəm, Qarabağı yox… Çünki məni Ermənistanda seçiblər, Qarabağda yox”.

Vətənim Media Shorts

YouTube-da aç ↗