İsgəndər Həmidovun yeni hərəkatı elan olunur

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bu gün sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə bir araya gələn bir sıra siyasi qüvvələr Azərbaycan Xalq Hərəkatının (AXP) təsis iclasını keçirir. 

Turkustan.info xəbər verir ki, İsgəndər Həmidovun bu təşəbbüsünə Azərbaycan Demokrati Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Ağ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, isqtiqlalçı deputat Hacıbaba Əzimov, Ümid Partiyasının sədri İqbal Ağazadə dəstək verir. 

Qeyd edək ki, AXH artıq bir neçə toplantı keçirib. 26 yanvar – bu gün hərəkatın təsis iclası keçirilir və hərkatının elan olunacağı gözlənilir. Hazırda toplantı Azərbaycan Demokrat Partiyasının qərargahında davam edir.    /Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗