“Azərbaycan Hava Yolları” aviabilet qiymətlərini aşağı salmaq imkanlarını araşdırır.
Publika.az xəbər verir ki, bununla bağlı bu gün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclasında qurumun prezidenti Cahangir Əsgərov tapşırıq verib.
O, Azərbaycan Respublikasının hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.
İclasda 30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.
Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.
