Daxili İşlər Nazirliyində daha bir kadr dəyişikliyi olub.

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb.

 

Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin rəisi polkovnik Nofəl Məhərrəmov vəzifəsindən kənarlaşdırılıb və sərəncama götürülüb.

 

Xatırladaq ki, DİN-də bu gün daha bir kadr dəyişikliyi olub. Belə ki, polis general-mayoru Emin Şəkinski Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. O, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗