Obamanın qızı ofisiant işləyir …

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ prezidenti Barak Obamanın qızı Saşa ilk iş yerinə qəbul edilib.S.Obama yay aylarında Massaçusets ştatının Martas-Vinyard adasında yerləşən “Nancy`s” restoranında ofisiant işləyəcək. Saşa stollardan qab-qacaqları yığışdırır və kassada sifarışləri qəbul edir.

Prezident qızının təhlükəsizliyini Xüsusi xidmət orqanlarının əməkdaşları qoruyur. Qeyd edilir ki, onlar Saşaya iş zamanı “sərbəstliyini saxlamağa” şərait yaradırlar.

“Nancy`s” restoranı balıq yeməkləri ilə məşhurdur. Bu restorana Obama ailəsi Martas-Vinyard adasında yay tətilləri zamanı tez-tez baş çəkir.

milli.az

Vətənim Media Shorts

YouTube-da aç ↗