Ronaldinyo yenidən “Barselona”da

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

36 yaşlı yarımmüdafiəçi yenidən “Barselona”ya qayıdıb.

Kataloniya klubuna futbolçu kimi yox, məsul şəxs kimi geri dönüb.

Verilən məlumata əsasən, “Barsa”nın ABŞ-dakı səfiri təyin olunan Ronaldinyo komanda üçün yeni istedadlı futbolçular axtarışında olacaq.

“Barselona” sentyabrın 6-da Nyu-York şəhərində yeni ofis açacaq.

Qeyd edək ki, 2003-2008-ci illərdə “Barselona”da çıxış edən Ronaldinyo 145 oyuna 70 qol vurub.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗