VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
04.09.2016 14:42 · gunaynovruz

Yalnız varlılara aid sosial şəbəkə – FOTOLAR

Qeydiyyatdan keçmək 9000 dollar, hər il profilini yeniləmək istəyən üzvlər 3000 dollar ödəməlidir! “Facebook”, “Twitter” və digərləri hər gün milyonlarla insanın istifadə etdiyi, yaxınları, dostları ilə ünsiyyət qurduğu sosial şəbəkələrdir. Lakin dünyada…
Qeydiyyatdan keçmək 9000 dollar, hər il profilini yeniləmək istəyən üzvlər 3000 dollar ödəməlidir!
“Facebook”, “Twitter” və digərləri hər gün milyonlarla insanın istifadə etdiyi, yaxınları, dostları ilə ünsiyyət qurduğu sosial şəbəkələrdir. Lakin dünyada heç də hamının istifadə edə bilmədiyi sosial şəbəkə də var.
Bu, Ceyms Touçi Peters tərəfindən yaradılmış “Onlayn ölkə klubu” – “Netropolitan Club” adlı sosial şəbəkədir.
Sosial şəbəkə ilə bağlı bir sıra maraqlı faktlar diqqəti cəlb edir. Məsələ burasındadır ki, “Netropolitan Club” bəstəkar və keçmiş dirijor tərəfindən yaradılıb. Bu sosial şəbəkə ancaq varlılar üçün nəzərdə tutulub. “Netropolitan Club” istifadəçisi olmaq istəyən şəxs 9000 dollar pul ödəməlidir.
Elə varlıların sosial şəbəkəsinin şüarı da maraqlı olması ilə seçilir: “Özünüzə uygun statuslu insanlarla ünsiyyətdə olun. Bura zamanından çox pulu olanlar üçündür…”
“Netropolitan Club”da hər il profilini yeniləmək istəyən üzvlər 3000 dollar ödəməlidir. Üstəlik, bura yalnız yaşı 21-dən çox olanlar üzv ola bilər. Və onlar profildə adlarını, soyadlarını olduğu kimi qeyd etməlidirlər. “Facebook”dan fərqli olaraq, bura gizli profillə, niklə üzvlük mümkün deyil.
Varlılar üçün nəzərdə tutulmuş sosial şəbəkənin üzvləri statuslarında reklam materialları, zorakılıq və xoşagəlməz görüntüləri paylaşa bilməzlər. Hazırda dünyanın sosial şəbəkə istifadəçilərinin cəmi 1 faizi “Netropolitan Club”un xidmətlərindən istifadə edir.
Varlıların istifadə etdiyi sosial şəbəkə ilə bağlı daha bir maraqlı məqam onun yaradıcısı Ceyms Touçi Petersin “Netropolitan Club”u təsis etməsindən cəmi 2 ay sonra dünyasını dəyişməsidir. “Mən yalnız bəzi insanlarla ünsiyyətdə olmaq istəyirəm, buna görə sosial şəbəkə yaratdım” – deyən Ceyms Touçi Peters cəmi 2 ay “özünə uyğun” hesab etdiyi insanlarla ünsiyyət qura bildi.  Buna baxmayaraq, “Netropolitan Club” fəaliyyətini davam etdirir. Üstəlik, onun üzvlərinin sayı ildən-ilə artır. Təbii ki, Istifadəçilərin əksəriyyəti maddi cəhətdən imkanlı şəxslərdir. Dünyanın bir sıra məşhurları ilə məhz “Netropolitan Club”da ünsiyyət qurmaq, dostluq etmək olar.
publika.az