VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –
13.09.2016 15:54 · gunaynovruz

Sərxoş sürücü ilə yol polisi əlbəyaxa oldu

Bu gün sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında mübahisəni əks etdirən video yayılıb. Videoda yol polisi əməkdaşının 99 YP 166 dövlət nömrə nişanlı DYP avtomobilinə mindirdiyi sürücü ilə mübahisə etdiyi əksini…
Bu gün sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında mübahisəni əks etdirən video yayılıb. Videoda yol polisi əməkdaşının 99 YP 166 dövlət nömrə nişanlı DYP avtomobilinə mindirdiyi sürücü ilə mübahisə etdiyi əksini tapır. Mübahisə zamanı sürücü maşının qapısını bağlamağa imkan vermir. Bu zaman polis qəflətən sürücüyə hücum çəkir.
Hadisə gecə saatlarında Sumqayıt şəhərində baş verib. Sürücü ilə mübahisə edən polis əməkdaşı isə serjant Rauf Bəşirovdur. Əməkdaşımız həmin inspektorla əlaqə saxlayaraq hadisə ilə bağlı məlumat alıb.
DYP əməkdaşı bildirib ki, həmin sürücü avtomobili sərxoş halda idarə etdiyi üçün saxlanılıb. Saxlanılan zaman müqavimət göstərən sürücü müayinəyə getməkdən imtina edib: «Mən onu maşına mindirib tibbi müayinəyə apararkən patrul avtomobilinin qapısını bağlamağa imkan vermirdi. Sonra əlində parıldayan şübhəli əşya gördüm. Həmin əşyanı ülgücə oxşatdım. Buna görə də, onu tutub əlindəki əşyanı almağa çalışdım. Sonra məlum oldu ki, əlindəki alışqan imiş. Hadisə yerinə yığılanlar isə bu görüntələri sosial şəbəkələrdə yayaraq guya mənim sürücünü döydüyümü bildirirlər. Lakin belə bir şey olmadı. Baş verənləri şişirdirlər. Mən sürücünü döyməmişəm. Sadəcə təcrübədən də görmüşük ki, bəzən belə intizamsız sürücülər özlərinə xəsarət yetirirlər. Mən də onun əlindəki əşyanı görəndə ehtiyat üçün əlindən almağa çalışdım».
İnspektor bildirib ki, artıq sürücü tibbi müayinədən keçirilib və onun orta dərəcəli sərxoşluq vəziyyəti müəyyənləşdirilib (avtosfer.az)