Aynur Talıbova ölkəni tərk etdi – FOTO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Telejurnalist Aynur Talıbova həyat yoldaşı və övladı ilə birlikdə Amerika Birləşmiş Ştatlarına köçüb.

Bu haqda sosial şəbəkədə məlumat yayıb.

A.Talıbova 41 yaşını da orada qeyd edib.

Qeyd edək ki, Aynur Talıbova ANS ÇM radiosunda prodüser, dicey, direktor vəzifələrində çalışıb. ANS və “Lider” televiziyalarında müxtəlif müəllif proqramları hazırlayıb.

2005-ci idə ANS-də yayımlanan “Bura Azərbaycandır” layihəsinə görə “Gənclər Mükafatı”, 2008-ci ildə “Lider”də təqdim olunan “Yol” layihəsinə görə isə “Humay Mükafatı”na layiq görülüb.

Vətənim Media Shorts

YouTube-da aç ↗