VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
03.10.2016 19:38 · gunaynovruz

Lənkəranskidən sonra klanı başsız qalıb

  Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) Rusiyanın Yekaterinburq şəhərinə nəzarət edən qruplaşması dağıdılır. Lənkəranskinin klanının aparıcı fiqurlarından olan Əhliman Gənciyev bir neçə azərbaycanlı ilə birlikdə…

 

Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) Rusiyanın Yekaterinburq şəhərinə nəzarət edən qruplaşması dağıdılır.

Lənkəranskinin klanının aparıcı fiqurlarından olan Əhliman Gənciyev bir neçə azərbaycanlı ilə birlikdə həbs olunub. O, qiymətli daşların qanunsuz dövriyyəsində şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarından URA.ru-ya bildiriblər ki, Əhliman Gənciyevin və digərlərinin saxlanılması üçün xüsusi əməliyyat sentyabrın 29-da keçirilib. Lakin onların Malışev qəsəbəsindən çıxarılmış zümrüd daşını satmaq üçün sövdələşməyə girdikləri yalnız bu gün, oktyabrın 3-də üzə çıxıb. Bildirilir ki, Gənciyev 1 milyon rubl dəyərində olan 1.255 kiloqramlıq zümrüd daşını satmağa cəhd edib.

Lakin digər versiyaya görə, Gənciyev daşı bağışlamaq üçün gətiribmiş, üçüncü versiya isə onun daşın satışının təhlükəsizliyini təmin etmək istədiyi barədədir. Çünki Lənkəranskinin adamının üzərində odlu silah, o cümlədən tapança olub. İfadələri alındıqdan sonra Gənciyevi və digərlərini başqa yerə getməmək şərti ilə azad ediblər. Qiymətli daşların qanunsuz dövriyyəsinə görə onları 7 il həbs gözləyə bilər.

Gənciyev “Rövşən Lənkəranski”nin Yekaterinburq üzrə “smotryaşi”si olub. O, Azərbaycandan Rusiya bazarlarına göyərti təchizatına nəzarət edib, habelə bazarlardan “töycü” yığaraq Lənkəranskiyə göndərib.  2016-cı ilin yazına qədər Yekaterinburq bazarlarındakı icarəçilərdən Canıyevə haqq yığmaqla məhz Gənciyev, Azər Piriyev və qohumu Bəhruz məşğul olurdular. Lakin Canıyevin ölümündən sonra bu ittifaq dağılıb, nəticədə Piriyevi tərəvəz bazarlarında məsələləri həll etməkdən kənarlaşdırıblar.